Modern.az

Arif Hacılı Prezident Administrasiyasına çağırıldı - razılığa gəlindi

Arif Hacılı Prezident Administrasiyasına çağırıldı - razılığa gəlindi

Aktual

2 Oktyabr 2020, 18:57

Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Arif Hacılı “Facebook” səhifəsində məlumat verib.

 

O bildirib ki, görüşdə əvvəlcədən razılaşdırıldığı kimi Qarabağ məsələsi ilə bağlı müzakirələr olub:

 

“Ərazi bütövlüyümüzün təmin olunması üçün son dövrlərdə həyata keçirilən zəruri tədbirlərlə bağlı xüsusi fikir ayrılıqlarımızın olmamasını, dövlətimizin və xalqımızın taleyində mühüm olan Qarabağ məsələsində vahid siyasi iradənin nümayiş etdirilməsinin vacibliyi haqqında mövqeyimizi bir daha dəqiqləşdirdik.

 

Bu istiqamətdə görüləcək bəzi zəruri məsələlərdən danışdıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı