Arxiv
22 Yanvar 2010, 10:06 | ÖLKƏ
Abşeron yarımadasındakı göllər qurudulur

Son illərdə göl və gölməçələrin ekoloji vəziyyətinin sağlamlaşdırılması istiqamətində bir çox tədbirlər görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Məmmədhüseyn Müslümov Modern.az-a bildirib ki, Abşeron yarımadasında neft çıxarılmasından sonra lay sularının əraziyə axıdılması nəticəsində yaranan göl və gölməçələrin qurudulması bu il də davam etdiriləcək: “2006-cı ildə ölkə rəhbərinin sərəncamı ilə “Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair kompleks tədbirlər planı” təsdiqlənib. Həmin planda Abşeron yarımadasında olan bütün göllərin ekoloji vəziyyətinin sağlamlaşdırılması tədbiri öz əksini tapıb.

Abşeron rayonunda antropagen təsirə məruz qalan torpaqların sahəsi 33 min hektardır. Bunların içərisində neftlə çirklənmiş ərazilər 10,6 min hektar təşkil edir. Abşeron yarımadasında 200-dən artıq göl və gölməçə var. Onların ümumi sahəsi 3325 hektar təşkil edir. Bu göllərə gündəlik axıdılan çirkab suların həcmi 115 min kub metr təşkil edir”. M.Müslümov deyib ki, “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən tullantı suların Böyükşor, Bülbülə, Masazır və Hacıhəsən göllərinə axıdılmasının qarşısını almaq üçün kanalizasiya şəbəkəsi quraşdırılıb. Həmçinin Ekologiya Nazirliyi tərəfindən bu göllərin ekoloji vəziyyətinin sağlamlaşdırılması istiqamətində tədbirlər planı hazırlanıb.

M.Müslümov qurudulan göllərin yerində yaşıllıq və istirahət zonalarının salındığını deyir: “Xüsusi nasoslar vasitəsilə göldəki su təmizlənərək Xəzər dənizinə axıdılır. Böyük həcmli sualar isə kanalizasiyaya axıdılır. Göllərin qurudulması o ərazidə aparılır ki, həmin ərazidə əhali yaşamır. Abşeron rayonu ərazisində uzun illər ərzində fəaliyyət göstərmiş təbii göllər öz əvvəlki hüdudlarına qaytarılmaqla onların həm suyunun və dib çöküntülərinin, həm də ətraf ərazilərinin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Şəhrsalma və Arxitektura Komitəsi tərəfindən Böyükşor gölünün təmizlənməsi abadlaşdırılması və şəhər əhalisi üçün istirahət zonası kimi  istifadə edilməsinə dair konsepsiya hazırlanıb. Həmin konsepsiyaya Ekologiya Nazirliyi də öz rəyini bildirib. Orada əsas görüləcək işlər ondan ibarətdir ki, gölün su sahəsinin müəyyən hissəsi qurudulmaqla istirahət zonaları, parklar və yaşıllıqların salınması nəzərdə tutulub. Keçmiş Binə və Sədərək ticarət mərkəzlərinin ərazilərinə yaxın göllər də qurudulub, rekultaviyasiya işləri aparılıb və hazırda orada yaşıllaşdırılma işləri aparılır”.

Günay MUSAYEVA

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
17 saylı seçki dairəsi üstündə QALAMQAL - Keçmiş və indiki “ReAl”çıların NARAZILIĞI 13 Dekabr 2019, 11:37 Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanınmasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36