Modern.az

Qarabağdakı əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir - Deputat

Qarabağdakı əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir - Deputat

Aktual

9 Oktyabr 2020, 11:52

“Azərbaycan şəhərlərinin Ermənistan ərazisindən raket atəşinə tutulmasını hərbi-kosmik vasitələrin köməyi ilə asanlıqla aşkar etmək olar”.

Modern.az xəbır verir ki, bunu Milli Məclisdə keçirilən brifinqdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi komitəsinin üzvü Nizami Səfərov bildirib.

O deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatı Azərbaycanın ərazi bütövlüyü bərpası və suverenliyinin təmin edilməsinə yönəlib:

 

“Bu əks-hücum beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycanın fəaliyyəti BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsaslanır. Qətnamələrdən birinin qəbulu zamanı Riçordson bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. BMT Baş Assambleyası, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi bir çox qərar və qətnamələrdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şəll olunmalıdır. Milli Məclisin Sədri Sahibə Qafarovanın Rusiyada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşündə də bu mövqe bəyan edilib”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?