Modern.az

Ceyhun Bayramov bu gün Moskvaya gedir

Ceyhun Bayramov bu gün Moskvaya gedir

Aktual

9 Oktyabr 2020, 12:30

Bu ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu gün - 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

Qeyd edək ki, bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyə Azərbaycanın xarici işlər naziri Ceyhun Byramovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın görüşü olacaq. Görüş Qarabağdakı son vəziyyətə həsr olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!