Modern.az

Azərbaycanda virusa yoluxanların sayı yenidən 200-ü ötdü - 3 nəfər öldü

Azərbaycanda virusa yoluxanların sayı yenidən 200-ü ötdü - 3 nəfər öldü

Hadisə

13 Oktyabr 2020, 15:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 42381 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 39468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib, aktiv xəstə sayı 2301 nəfərdir.

 

Ölkədə son sutka ərzində 6865, hazırkı dövrədək isə 1187136 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir