Arxiv
22 Yanvar 2010, 17:18 | ÖLKƏ
Lisey və gimnaziya direktorları nazirin qəzəbinə tuş gəlib

Təhsil Nazirliyinin tabeliyində olan bir sıra lisey və gimnaziya  direktorlarının fəaliyyəti nazir Misir Mərdanov tərəfindən ciddi tənqid olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, lisey və gimnaziyaların son illərdəki fəaliyyətini təhlil edən nazir bu sıradan olan bir sıra təhsil ocağında görülən işlərdən narazı qalıb.

Təhsil Nazirliyindən Modern.az-a bildirlib ki, bu qurumun bilavasitə tabeliyində olan lisey və gimnaziyaların fəaliyyəti araşdırılarkən bəzi tədris ocaqlarında şagird-müəllim nisbəti, ali məktəblərə qəbul göstəriciləri, yüksək balla ali məktəblərə daxil olan məzunların say nisbəti, abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə nəticələri, mərkəzləşdirilmiş buraxılış imtahanlarının yekunlarının qənaətbəxş olmadığı müəyyənləşib.

Elə buna görə də, lisey və gimnaziya direktorlarının iştirakı ilə nazirlikdə həmin məsələlərə dair müşavirə keçirilib. Mətbuatın iştirakı olmadan keçirilən müşavirədə nazir Misir Mərdanov bəzi direktorlara xəbərdarlıq edib.
Məsələn, İncəsənət gimnaziyasında şagord-müəllim nisbətinin  2,3-ə bərabər  olması ciddi irad  kimi məktəb direktorunun  diqqətinə çatdırılıb.

Müşavirədə Təhsil Nazirliyinin bilavasitə tabeliyində olan lisey və gimnaziyaların məzunlarının ali məktəblərə qəbulu məsələsinə toxunan M.Mərdanov Kimya-biologiya təmayüllü liseyin, Makarenko adına gimnaziyanın və İncəsənət gimnaziyasının müvafiq göstəricilərinin aşağı olduğunu qeyd edib.

Təhsil müəssisələrinin 600-dən çox bal toplayaraq ali məktəblərə daxil olan məzunlarının sayı haqqında rəqəmləri açıqlayan nazir Heydər Əliyev adına liseyin 23, Elitar gimnaziyanın isə 9 məzununun bu baxımdan fərqləndiyini və hər iki tədris ocağının ötən illərdəki müvafiq göstəricilərini daha da yaxşılaşdırdıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayanlar arasında İncəsənət gimnaziyasının yalnız 1 məzununun yer almasından təəssüfləndiyini bildirən Misir Mərdanov bunu tədris ocağında işin düzgün təşkil edilməməsi ilə əlaqələndirib.

Abituriyentlərin qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə göstərdikləri nəticələrdən söz açan təhsil naziri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, Kimya-biologiya təmayüllü liseyin və Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın məzunlarının öz ixtisas profillərinə uyğun fənlərdən yüksək nəticə göstərə bilməməsinin ciddi təəccüb doğurduğunu qeyd edib.

Qeyd olunan bütün bu nöqsanların aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə göstəriş verən Misir Mərdanov həmin təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkili üçün məktəb direktorlarına daha məsuliyyətli olmağı, işlərini yüksək səviyyədə qurmağı tövsiyə edib.

Adəm Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belə millət vəkillərimiz də olub! 6 Dekabr 2019, 15:25 Azərbaycan yazıçısı ABŞ-ın nüfuzlu mükafatını aldı 6 Dekabr 2019, 15:20 Gəncədə 10 mindən artıq ağac əkilib - FOTO 6 Dekabr 2019, 15:04 Bu otellərə ulduz verilir - FOTO 6 Dekabr 2019, 14:58 Tahir Mirkişili və Rasim Musabəyov AVRONEST PA-nın sessiyasında 6 Dekabr 2019, 14:54 Baş redaktor parlament seçkisinə qatılacaq: “Hər kəs öz töhfəsini verməlidir” 6 Dekabr 2019, 14:45 Cəbhə bölgəsində də Birinci vitse-prezidentin təşəbbüsünə qoşuldular 6 Dekabr 2019, 14:40 Ekspert Azərbaycanda qazanclı sahələrin adını açıqladı 6 Dekabr 2019, 14:39 Elmar Vəliyevi güllələyən şəxsin işi məhkəməyə GÖNDƏRİLDİ 6 Dekabr 2019, 14:30 "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxdı 6 Dekabr 2019, 14:25 Goranboyda saz havası ilə ağac əkdilər - FOTOLAR 6 Dekabr 2019, 14:17 Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada 6 Dekabr 2019, 14:04 Sarkisyanın pasportunu əlindən aldılar - Rusiyaya gedə bilmədi 6 Dekabr 2019, 13:56 Onlar Milli Məclisin adının dəyişdirilməsi təklifini süngü ilə QARŞILADILAR 6 Dekabr 2019, 13:49 Siyavuş Novruzov müxalifəti ağacəkməyə dəvət etdi 6 Dekabr 2019, 13:42 Naxçıvan Ali Məclisi də buraxılacaq? 6 Dekabr 2019, 13:35 Mikayıl Cabbarov erməni nazir müavinini susdurdu - VİDEO  6 Dekabr 2019, 13:27 “Qarabağ azərbaycanlıları danışıqlarda tərəf olub” - Paşinyanın növbəti diplomatik MƏĞLUBİYYƏTİ 6 Dekabr 2019, 13:22 Hacıqabulda ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 13:17 Sabahın hava PROQNOZU açıqlandı 6 Dekabr 2019, 13:15 Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO 6 Dekabr 2019, 13:01 YAP-ın gənclər təşkilatının sədri seçici görüşünə helikopterlə gəldi - FOTO 6 Dekabr 2019, 13:01 Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat? 6 Dekabr 2019, 12:56 AQTA daha bir qəssabxananı yoxladı - 227 kq ət məhv edildi 6 Dekabr 2019, 12:56 Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında... - FOTOLAR 6 Dekabr 2019, 12:46 Ali Hərbi Məktəbin kursantları çöl çıxışlarına başlayıb - VİDEO 6 Dekabr 2019, 12:39 Bakıda bayram yarmarkaları təşkil ediləcək 6 Dekabr 2019, 12:35 İlham Əliyev və Birinci vitse-prezident Şahxəndan türbəsi ilə tanış olublar - FOTOLAR 6 Dekabr 2019, 12:28 “Xalqın etimadını qazanmaq lazımdır” - Naqif Həmzəyev 6 Dekabr 2019, 12:22 Bahar Muradova YAP-ın növbədənkənar seçkidəki namizədlərindən DANIŞDI 6 Dekabr 2019, 12:22 Nazirlik övladlığagötürmə qaydalarını müzakirəyə çıxardı 6 Dekabr 2019, 12:14 Alman polisinin saxladığı Əlövsət Əliyevdən XƏBƏR VAR 6 Dekabr 2019, 12:13 Baş nazirin müavini: “Azərbaycanda hər bir vətəndaş üçün daha layiqli şərait yaradılır” 6 Dekabr 2019, 12:06 Tramp İrana qarşı 12 min hərbçi göndərir? - AÇIQLAMA 6 Dekabr 2019, 12:04 Serj Sarkisyan məhkəməyə müraciət etdi 6 Dekabr 2019, 11:56
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?