Arxiv
25 Yanvar 2010, 12:08 | ÖLKƏ
Daşaltı əməliyyatından 18 il ötür

st1:*{behavior:url(#ieooui) }

Yanvarın 25-də Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə keçirilmiş uğursuz hərbi əməliyyatın 18-ci  ili tamam olur. Uğursuz Daşaltı əməliyyatında şəhid olanlar, əsir və itkin düşənlər digər facilərimizin qurbanları kimi heç vaxt unudulmamalıdır.

Şuşa ilə Laçın arasında strateji əhəmiyyətə malik ərazi olan Daşaltı kəndi Qarabağ mühəribəsi zamanı yaşanan ən böyük faciələrdən birinə şahidlik edib. 1992-ci ilin əvvəlində Şuşa ilə əlaqənin tam kəsilməsi qorxusu var idi. Kərkicahan işğal olunandan sonra Ağdamdan Şuşaya gələn yol bağlanmışdı. Yeganə Laçın yolu qalırdı ki, onu da Daşaltı kəndini zəbt etmiş ermənilər atəş altında saxlayırdılar. Ermənilərin hücumlarının qarşısını almaq üçün Daşaltı kəndi istiqamətindən xüsusi əməliyyat hazırlanıb.

Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Əməliyyatda o vaxt yenicə yaranan Azərbaycan ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin özünümüdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin səhvi nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan bölmələri düşmənin pusqusuna düşüb. Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyatın qurbanları barədə bu gün də dəqiqləşdirmələr aparılmaqdadır. Uğursuz Daşaltı əməliyyatında təxminən 70-ə yaxın əsgər və zabitimizin şəhid olduğu, 55 hərbçimizin itkin düşdüyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var. Qeyd edək ki, sözügedən əməliyyatda iştirak edənlərin hamısı könüllülər idi. Hadisədən sonra beynəlxalq təşkilatların iştirakı ilə olay yerinə baxış keçirilsə də, həlak olduğu güman edilən 64 soydaşımızın meyiti tapılmayıb.

Həmin əməliyyatın uğursuzluğa uğramasının səbəblərini təhlil edən hərbçilərimiz bundan nəticə çıxarmalı və düşmənlə mübarizədə bir də belə səhvə yol verməməlidirlər. Daşaltı əməliyyatı qurbanlarının ailə üzvləri bildirirlər ki, onlar 18 ildir sarsıntı və mənəvi gərginlik içərsində yaşayırlar.

Bakıdakı Şəhidlər xiyabanında Daşaltı şəhidlərinə xatirə lövhəsi qoyulub. Hər il faciənin ildönümündə Daşaltı əməliyyatı qurbanlarının ailə üzvləri bu kiçik abidəni ziyarət edirlər, amma təskinlik tapmırlar...

Adəm Qorxmaz

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polis 29 şübhəlini SAXLADI 13 Dekabr 2019, 11:34 Nazirlik Masallı meşələrində ağac əkəcək 13 Dekabr 2019, 11:29 31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanınmasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20