Modern.az

Azərbaycanda daha 1663 nəfər koronavirusa yoluxdu: 16 ölüm

Azərbaycanda daha 1663 nəfər koronavirusa yoluxdu: 16 ölüm

Hadisə

8 Noyabr 2020, 17:31

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1663 yeni yoluxma faktı qeydə alınıb, 859 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 65411 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 908 nəfər müalicə olunaraq sağalıb, 840 nəfər vəfat edib, aktiv xəstə sayı 15 663 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 111722, ötən müddət ərzində isə ümumilikdə 1 44 1230 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə