Modern.az

Azərbaycanda koronavirusla bağlı həyəcan təbili: qapanma yoxsa...?

Azərbaycanda koronavirusla bağlı həyəcan təbili: qapanma yoxsa...?

Aktual

29 Noyabr 2020, 10:16

Müharibə rəşadət göstərmiş şanlı ordumuzun bizə nəsib etdiyi  zəfərlərin  sevincini doyunca dadmamış, koronavirusun yaratdığı çətinliklərin məyusluğunu yaşamaq məcburiyyətində qalmışıq. Aramızda virusun yalan olmasına inanların sayı azalır, çünki bir vaxtlar onu inkar edənlər, özləri yoluxandan sonra gec də olsa onun həqiqətdə mövcudluğunu görürlər və şübhələr azalır.


Modern.az-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu COVID-19-la bağlı narahatlığını ifadə edərkən bildirib.

 

Q.İbadoğlunun sözlərinə görə, ətrafda virus xəstələrı durmadan artır, onlar arasında ailə üzvləri,  qohumlar da, tanışlar da var:

 

"İndi hər kəs üçün həlli vacib olan əsas məsələ virusdan qorunmaqdır.  Buna nail olmaq virusun əhatə dairəsi genişləndikcə, yoluxanlar kütləviləşdikcə, mümkünsüz görünür.

 

Artıq dilemma qarşısındayıq: kollektiv müqavimət formalaşdırılmalı, yoxsa yenə  də sosial tədricə keçməliyik. Bu sualın müxtəlif ölkələr fərqli cavablandırır.

 

Əksəriyyət sosial tədricə üstünlük versə də, dünyada Böyük Britaniya, İsveç kimi virusu qəbul edib onu  görməməzliyə  vuran ölkələr, hətta Türkmənistan kimi virusun olduğunu yasaq edən ölkələr də var.

 

Peyvəndlər barədə müzakirələr çoxalsa da, hələ Rusiya və Çindən  savayı heç bir ölkədə   peyvəndin kütləvi istehsalına start verilməyib.  Xoş xəbər odur ki, Avropa və Amerikada da bu sahədə araşdırma işləri yekunlaşır və dünyanın aparıcı dövlətləri  növbəti mərhələyə keçid  ərəfəsindədir".


Ekspert koronavirusla mübarizədə hökumətə və əhaliyə öz təkliflərini də verib:

 

1. Hesab edirəm ki, vaxt itirmədən xaricdən (ABŞ və ya Avropa istehsalı olan)  peyvənd, eləcə də virusa qarşı istifadə olunan vitaminlər və bədənin müqavimətini gücləndirən peraparatlar sifariş etməlidir.

2. Əhaliyə, xüsislə həkimlərə sosial, sahibkarlara da iqtisadi dəstək proqramlarını davam etdirməlidir.

3. Testləri ödənişsiz etməli və ekspress testə  şərait yaradan səyyar laboratoiyalar təşkil etməlidir. 

4. Mövcud xəstəxanalarda koronavirus üzrə ixtisaslaşmış bölmələr yaratmalı və çarpayı saylarını artırmalıdır.

5. Modul tipli  daha 10 yeni hospital quraşdırılmalıdır.

Əhali nə etməlidir?

 

İlk növbədə insani hissləri, humanizm və mərhəməti artırmalı, hər kəs qohumlardan, dostlardan, tanışlardan xəbər tutmalı, bir-birlərinin halını xəbər almalı, xüsusilə də risk qrupuna daxil olanlara sosial diqqəti artırmalıdır.

 

İkincisi, orqanizmin  müqavimətini artırmaq üçün qida və yuxu rejiminə əməl, gündəlik dezinfeksiya qaydalarına riayət etməlidir.

 

Üçüncüsu, xəstəliyin simptomlarını hiss edən kimi test verməli və nəticə pozitiv olarsa karantin rejiminə əməl etməli və müalicəyə başlamalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır