Arxiv
30 Noyabr 2020, 13:40 | MƏDƏNİYYƏT
Xilaskar!

Prezident Heydər Əliyev müstəqilliyini bərpa etmiş dövlətimizi dağıdılmaqdan qurtarmışdı, İlham Əliyev isə itirilmiş torpaqlarımızı döyüşlə aldı, milləti töhmətdən qurtardı.

    

Son 30 ildə bütün  Azərbaycanlılar ilk kərə 10 noyabr 2020-ci ildə dərindən nəfəs alıb içərilərindəki acıları, “məğlub xalq” duyğularını sevinc göz yaşları ilə boşaltdılar.

  
Bütün azərbaycanlıların Prezidenti İlham Əliyev yazılanlardan çox əski tarixi olan bu xalqa yeni nəfəs verdi. Sanki xalqımız yenidən doğuldu, silkələnib, ümidsizlik və ruh düşkünlüyü səbəbindən buraxdığı xəta və suçlardan təmizlənib arındı. Yurddaşlarımız  daha da mehribanlaşdılar.

  
Bu tarixi qələbə təməlini Ulu Öndərin qoyduğu, Prezident İlham Əliyevin addım-addım qət etdiyi yolun sonucu idi.

  
Dünyada ədalət tərəzisinin pərsəngi pozulduğu dönəmdə dövlətimizi və xalqımızı siyasətin dolanbac labirintləri ilə aparan Prezident İlham Əliyevin alternativi yoxdur, hələ heç üfüqdə də görünmür...

    
Bu sözləri  bir neçə il öncə  media rəhbərlərindən AzTV-nin  dövlət başçımız haqqında  etdiyi tele-sorğuda demişəm. Tamaşaçıların çoxu mənim çıxışımı rəğbətlə qarşılasa da, tək-tük dodaq büzənlər də olmuşdu.

    
Mən  mədhiyyə söyləmirdim. İçimdən gələn səsi ərəb ölkələrində hərbi və mülki tərcüməçi işləmiş, yüksək səviyyəli hərbi və siyasi görüşlərdə iştirak etmiş, Suriya və Liviyada hərbi əməliyyatların iştirakçısı olmuş şərqşünas kimi, jurnalist kimi reallıqları  analiz edərək sorğunu cavablandırmışdım.

    
Bu günlər ordumuz torpaqlarımızı iyrənc düşməndən təmizlədikcə milyonlarla yurddaşlarım təki sevincim aşıb-daşır, otuz ildə ürəyimi ağrıdan acılarım, dağdan ağır dərdim günbəgün əriyir, qapqara qaralmış qanım durulur, bütün xalqım kimi…  Düşünürəm, görəsən Azərbaycan dövlətinin başçısı və  Ordusu haqqında ölkə dışında, tele-kanallarda hədyanlar söyləyən kəslər, Azərbaycanı istəməyənlərin pulu ilə danışanlar  heç utanırlarmı? Kimlərinsə maliyyə dəstəyi ilə yaradılmış kanallarda özlərini demokrat carçısı, vətənpərvər müxalifət sözçüsü adlandırıb, bağıranların damarlarında millət qanı axırsa, heç xəcalət çəkirlərmi? Dünyada gedən qlobal olayları, aldadıcı siyasi oyunları anlamaq səviyyəsində olmayıb, sinələrinə döyən “siyasətçilər”, “liderlər” suçlarını başa düşürlərmi? Azərbaycan Respublikası Prezidentindən, onun şanlı Ordusunun fədakar əsgər, zabit və generallarından, şəhidlərin ruhlarından üzr istəməyə mədəniyyətləri çatacaqmı?

    
Əli qələm tutan populistlərin çoxaldığı son dönəmlərdə  oxucumun məni düzgün anlaması üçün, sözlərimi qeyri-təvazökar saymaması üçün aşağıdakıları xatırlatmaq istəyirəm...

   
Hələ Sovet dönəmlərində -1988-ci ilin noyabrında Türkiyənin “Günaydın” qəzetinə ermənilərin Qarabağda separatçı hərəkətlərini “əski türk düşmançılığı” adlandırdığım müsahibəmdən başlayaraq 90-cı illərdə yaratdığımız Assa-İradə Xəbər Agentliyi və  ingiliscə “Azernews” qəzeti vasitəsilə bir neçə dildə Qarabağ gerçəkliklərini Yaponlardan tutmuş Amerikayadək dünya ictimaiyyətinə yayırdıq. Əcnəbi jurnalistləri apardığım Göygöl - Çaykəndi ətrafında və Xankəndidə iki kərə az qala girov götürülmüşdüm. Sözümün canı odur ki, Qarabağ olaylarının başlanğıcından hadisələrin içində olmuşam. 2003-cü ildən Prezident İlham Əliyevin “hücum diplomatiyası” siyasətinə başlamasından, uluslararası toplantılardakı çıxışlarından, Ermənistanla sərhədi açmaq üçün Türkiyəyə gəlmiş ABŞ prezidenti Obamanın görüş təklifindən imtina etməklə bu planı pozmasından, Macarıstanda ömürlük həbsə məhkum olunmuş zabitimiz Ramil Səfərovu azad edib, Vətəndə qəhrəman kimi qarşılanmasından və s. haqqında  jurnalist kimi dövrü mətbatda, yazıçı kimi “Qara Qan” tarixi roman-trilogiyamda yazmışam.  Demək istəyirəm ki, son otuz ildə ölkəmizdə baş verən olayların içində yaşamışam, dünya olaylarından  yaxşı xəbərdaram, dövlətçiliyimiz əldən gedərkən Heydər Əliyevin Naxçıvandan gətirilməsi dönəmlərində baş verən olayları yaxından izləmişəm... Ölkəmizin informasiya blokadasına alındığı o ağır illərdə AssA-İradə Xəbər Agentliyi və “Azernews” qəzeti vasitəsilə dünyaya ingiliscə, rusca və türkcə xəbərlər yaymışıq. Buna görə də Qarabağ probleminin uzadılmasında  dövlət başçısını suçlamağa çalışan  diletantların fikirləri həmişə məndə acı gülüşlər doğurubdur. Çünki bu diletantlar dünyanın yeni qütbləşməsini, olayların gəlişməsini, siyasi və iqtisadi maraqların gözlənilməz yönlərə şaxələnib dəyişməsini, düşmənin üzdə görünən havadarlardan başqa arxasında güclü xristian təşkilatlarının gizli planlarının durduğunu tam aydınlığı ilə görüb, təhlillər aparmaq bacarığına malik deyillər... Çox sürətlə dəyişən dünyada zaman və məkan amilləri zəminində çevik hərəkət etməyə, dünya olaylarının nəbzini tutmağa qadir deyillər. Tovuz olaylarında bu fürsətdən yararlanıb müharibəni başlamamaqda dövlətimizin başçısını, Ordumuzu suçlayanlar az deyildi. Onların arasındakı  sadə vətəndaşları qınamamaq da olar. Başa düşmürdülər ki, hərbi-siyasi durumu gərəkən zaman kəsiyində analiz edib, dəyərləndirmək üçün özəl kəşfiyyat raportları, diplomatik kanallarla gizli siyasi məlumatlar lazımdır. Hətta “bu lazım haçan gələcək?” deyib, şəbədə qoşmağa cəhd edən avantüristlər də vardı. Düşünmürdülər ki, “Lazım” ın gəlmə anını - Vətən müharibəsini başlamaq vaxtının yetişməsini Prezident və onun yaxın komandası, generalları bilə bilirlər.

   
Prezident İlham Əliyevin “Vətən müharibəsi” adlandırdığı bu dava dönəmində etdiyi tarixi çıxışlar, dünyanın aparıcı TV kanallarına verdiyi müsahibələr düşmən üzərinə yağdırılan dronlar  top, raket zərbələri qədər güclü səslənirdi...  Xalqımızın 30 ildir tüstüsüz, alovsuz için-için yanan ürəyinə su səpirdi. Dövlət başçısı öz fikirlərini üstüörtülü diplomatik ifadələrlə deyil, ürəyindən gələn açıq, səmimi sözlərlə, xalq diliylə deyirdi. Xalq, millət Ayın o biri üzünü görürmüş təki öz liderini yenidən tanıdı. İşğalçılara qarşı illərlə ürəyində yığılıb qalmış qəzəbini, düşmənə nifrətini Prezidentin adi vətəndaşlar kimi söyləməsi xalqın dilində zərb-məsələ çevrilibdir. Qardaş Türkiyənin Prezidenti Ərdoğan, onun ordu komandanlığı haqqında dedikləri yurddaşlarımıza mənəvi güc verir.

    
İlham Əliyev dövlət başçılığına yeni siyasətlə - düşmənə qarşı diplomatik hücumla başlamışdı. 17 ildən sonrasa bu hücum dronlarla, top-raketlərlə ataka çevrildi.

Dünya liderləri, tanınmış ictimai-siyasi xadimlər bu günlərdə təmkinini pozmadan məntiqi çıxışları ilə ona edilən təzyiqlərə qarşı Azərbaycan Prezidentinin dəyanətinə heyran olublar. Döyüşlərin qızğın çağında Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin üzvləri - Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə şahzadəsi Türki əl-Feysalın Prezident İlham Əliyevə ünvanladığı, çox təsirləndiyim məktubunda deyilir:

 

“Zati aliləri!

 

Bu günlərdə Sizin barənizdə çox düşünürük... Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan böyük təzyiqlərə tab gətirəcəksiniz”. Məktubda Prezident İlham Əliyevin son iki onillikdə əldə etdiyi uğurları, şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığı nüfuzu, həmçinin, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini qeyd edən müəlliflər  BMT  TŞ-nın 4 qətnaməsinin 30 ilə yaxındır yerinə yetirilməməsini xatırladıb sonda yazırlar:

“Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbrli yanaşma nümayiş etdiririsiniz... Biz  məsələni BMT-nin diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik. Biz həmsədrlərimiz və baş katibimizlə işləyərək, üzvlərimizin fəal dəstək vermələrini koordinə edirik.

Siz daha güclü və daha nüfuzlusunuz.   

Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız sizinlədir”.

  

Bu 44 gündə İlham Əliyev dövlət başçısı kimi, Ali Baş Komandan kimi, Anayurdunu sevən azərbaycanlı kimi nə mümkünsə etdi. Bizə hələ uzaqda arzu-xəyal təki görünənləri qısa zaman kəsiyində gerçəkləşdirdi, özünün dediyi təki düşmənin belini qırıb diz çökdürdü, 200 ildir Qafqazda at oynadan hay-erməni mifini sabun köpüyü təki havaya sovurdu. Həm də hansı zaman kəsiyində?! Ərəblərin aparıcı güc olduğu İslam dünyasını Qərbin çökdürdüyü, dünyanın çox qarışıq bir dönəmində… 200 ildir aşikar-gizli aparılan, son dövrlərdə yenilənmiş Səlib müharibəsinin getdiyi bir zamanda!.. Suriya, İraq, Liviya, Sudan, Somali və s. dövlətlərin bugünki durumuna baxmaq kifayət edər.

  
Üç ay öncə heç ağlımıza gəlməzdi ki, qısa sürədə 28 ildən çox həsrətində olduğumuz Şuşamızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilan və Qubadlımızı, Ağdam, Kəlbəcər və Laçınımızı qaytararıq. Ərazilərimizin 90%-nin qaytarılması müstəsna olaraq İlham Əliyevin hərbi-diplomatik fəaliyyəti sayəsində baş tutdu. Əlbəttə, bütün Azərbaycanlılar istəyirdilər ki, sıralarında döyüşən Suriya, Livan, ABŞ, Rusiya və s. ölkələrdən gəlmiş daşnaklarla bərabər hay-erməni ordusunu son əskərinədək əzib, iti qovan təki sınırlarımızdan kənara ataq. Əslində elə belə də oldu. Tarix boyu ayaqlar altına sərilməyi milli xarakterinə çevirmiş haylar tüpürdüyü Rusiyanın, qatı düşmən saydığı Azərbaycanın ayaqlarına düşdü, bu millətin şəxsiyyətsiz olduğunu bir daha dünya ictimaiyyətinə göstərdi.

  
Ali Baş Komandan İlham Əliyevin öz xalqına müraciətləri, dünyaya mesajları altında Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə, “Qarabağ konfliktinin hərbi həlli yoxdur” deyən, dünyada söz və amal sahibi olan Qərb dairələri, yuyulmamış qaşıq təki ortalığa atılan Makron kimiləri cilov gəmirirdilər… Zira gözləmədikləri məqamda Azərbaycanın onların qoyduğu qaydaları pozmasını həzm edə bilmirdilər, 2016-cı il Aprel döyüşlərində olduğu təki… 4 günlük döyüşlərdən sonra Vyanada Fransa və Rusiya xarici işlər nazirləri, ABŞ-ın  dövlət katibi Ermənistan Prezidenti ilə bir mövqedə duraraq tək qalmış Azərbaycan Prezidentinin üstünə tökülüşmüşdülər…

  
Mən o zaman Prezidentimizin səbr və təmkininə, qüruruna heyran qaldım. O, hirsini, qəzəbini boğmağı bacardı. Yalnız Vətən müharibəsində illərlə ürəyində yığılmış qəzəb və nifrətini düşmənə püskürdü.

  
Prezident hər şeydən öncə Anayurduna sonsuz sevgi bəsləyən vətəndaşdır. Gənc yaşlarından Milli Olimpiya Komitəsinin qurucusu və rəhbəri kimi gördüyü işləri xatırlayıram… Millətləri, ölkələri dünyaya qısa sürədə tanıdan yollardan biri idmandır. Olimpiya oyunlarında qazandığımız medallar Azərbaycanı neftdən tez  tanıtdı. Sonralar onun Avropa Şurası tribunasından bir neçə dildə sərrast çıxışları, yüksək intellekti, hətta qəddi-qaməti  dünyada adımızı eşidib, özümüzü görməyənlər bildilər: Azərbaycanlı belə olurmuş!..

  
Yazımı oxuyanlardan, tək-tük olsa da, başqa fikrə düşməsinlər: heç bir vəzifəm, imtiyazım yoxdur, Səlim Müslümovun müəyyənləşdirdiyi adi pensiya alıram. Bu sətirlər içimdən gələn səsdir. 30 ildir Vətənin uğurunu da, kədərini də ürəyindən keçirib yazan qələm sahibiyəm. Orden, medal almamışam. Amma hesab edirəm ki, Qarabağın, doğulduğum Cəbrayılın qaytarılması ilə ən böyük mükafat almışam, yüzminlərlə Qarabağ köçkünü ilə bərabər!..

  
Bəli, Prezident İlham Əliyev Azərbaycan xalqının və  dövlətinin iradəsini,  əsgər və zabitlərinin, genarallarının döyüşkənliyini, cəsarətini, yurdsevərliyini, nizam-intizamını bütün dünyaya tanıtdı.

  
Böyük güclərin sayəsində torpaqlarımızı işğal etmiş və indi də onlardan yardım alan hay-ermənilərlə üzbəüz Şuşada əlbəyaxa  döyüşlərdən sonra Azərbaycanlılar daha  başlarını dik tuturlar!..

  
Sinəm 30 ilin ağrı-acısıyla doludur, Allah ömür versə, ən yaxşı yazılarım hələ bundan sonra yaranacaqdır...

  
Ötən yay 102 yaşlı köçkün atam dilində “Qarabağ... Cəbrayıl...” sözləri dünyasını dəyişdi. Bu gün televizorun önündən ayrılmayan, 27 ildən sonra Cəbrayılın Balyat kəndində yurd yerini görmək üçün Uca Tanrıdan möhlət diləyən 96 yaşlı anamın da duaları Sizinlədir, Cənab Prezident!..

  
Siz Azərbaycan  millətinə ikinci nəfəs verirsiniz. Qələbədən sonra dünyanın ən qədim bu xalqının lideri kimi  Siz hələ çox böyük uğurlara imza atacaqsınız, çox uca zirvələri fəth edəcəksiniz, cənab Prezident!

 


Fazil Güney (Abbasov),
yazıçı, əməkdar jurnalist, ərəb filologiyası üzrə fəlsəfə doktoru,
İƏT Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının sədri,
“AssA-İradə İA” -nın, “Azeri Observer” jurnalının baş direktoru. 

  • 10. 2020
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Ermənistan virusun cəngində: 351 yoluxma 17 Yanvar 2021, 11:12 “Fənərbağça” klubu Məsul Özili transfer etdi 17 Yanvar 2021, 11:00 Gürcüstanda koronavirusa yoluxma sayı artdı 17 Yanvar 2021, 10:51 Dələduzlar bankların adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər 17 Yanvar 2021, 10:39 Martına qədər virus qurbanlarının sayı 5 milyonu keçə bilər - Alimlərdən xəbərdarlıq 17 Yanvar 2021, 10:29 Co Baydenin itinin “indoqurasiya” mərasimi keçiriləcək 17 Yanvar 2021, 10:20 Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü 17 Yanvar 2021, 10:10 İcra başçısı müavinini vəzifədən azad etdi 17 Yanvar 2021, 10:00 Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqladı 17 Yanvar 2021, 09:51 Əfqanıstan yenə də silkələndi: Bu dəfə 6 bal 17 Yanvar 2021, 09:49 Deputat onlayn qəbulda 100-ə yaxın seçicini dinlədi 17 Yanvar 2021, 09:45 "Spikerimiz Mirzoyan türklərin agentidir" - Minasyan 17 Yanvar 2021, 09:39 Manukyan Gümrüyə buraxılmadı  17 Yanvar 2021, 09:28 Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı 17 Yanvar 2021, 09:14 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50