Modern.az

QHT-lər üçün yeni sayt açılır

QHT-lər üçün yeni sayt açılır

14 Sentyabr 2009, 11:40

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyəti ilə bağlı məlumat və xəbərlərin hazırlanması, yayılmasını təmin etmək üçün qhtxeber.az saytı açacaq. Şuradan Modern.az-a verilən məlumata görə, yeni sayt cari QHT informasiyası ilə bərabər QHT-lərin hesabatlarını, beynəlxalq əlaqələrini, müxtəlif rəy sorğularının, monitorinqlərin nəticələrini işıqlandıracaq və digər aidiyyatlı xəbərlərin hazırlanması və yayımı ilə məşğul olacaq.
Saytın QHT-lər tərəfindən informasiya təminatını yaxşılaşdırmaq üçün QHT-lərə press-relizlərin hazırlanmasının standart formaları göndəriləcək.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir