Sabiq deputat, xalq şairi Zəlimxan Yaqub müayinə üçün getdiyi Almaniyadan qayıdıb. Bu barədə Modern.az-a şairin özü məlumat verib:
“Yoxlamalar oldu, müalicələr gedir. Ağrılarım da azalıb. Çox şükür hər şey normaldır, həkimlərim də bunu təsdiq etdi”.
Zəlimxan Yaqub bildirib ki, oktyabr ayının 8-də yenidən müalicə üçün Almaniyaya qayıdacaq. 2013-cü ilin sonlarına yaxın isə böyrək köçürülməsi planlaşdırılır.
Qeyd edək ki, bu ilin əvvəlində tanınmış şairin hər iki böyrəyi çıxarıldılıb və həkimlərin məsləhəti ilə dializ seansına başlanılıb.
Sevinc İltifatqızı