Modern.az

Milli Məclisin komitə sədri: “Belə “ekspertlərin” iqtisadiyyatdan danışmağa haqqı yoxdur”

Milli Məclisin komitə sədri: “Belə “ekspertlərin” iqtisadiyyatdan danışmağa haqqı yoxdur”

Parlament

9 Yanvar 2021, 15:00

“Peşəkar iqtisadçının qərəzsiz, obyektiv, təhlillərə və rəqəmlərə əsaslanan, geniş vizyona sahib mövqeyi olmalıdır. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarını qəbul etməli, peşəkar rəy və təkliflərlə çıxış etməlidir. Bizim hər zaman bu cür iqtisadçı ekspertlərə ehtiyacımız var və onlarla əməkdaşlıq da edirik. Azərbaycan iqtisadiyyatı haqda nüfuzlu Dünya Bankının, Dünya İqtisadi Forumunun çoxsaylı və peşəkar iqtisadçılardan ibarət komandalarının hazırladıqları hesabatlarla razılaşmayan və qərəzli fikirlər yayanlar “iqtisadçı” peşəsinə yaddırlar”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

T.Mirkişili bildirib ki, həmin şəxslər insanları çaşdırmaq və yalan informasiya yaymaq məqsədi güdür: “Bu isə iqtisadçıların deyil, provokatorların peşəsidir. Belə “ekspertlərin” iqtisadiyyatdan danışmağa mənəvi və elmi haqqı yoxdur”.

 

Qeyd: Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bildirib ki, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir: “Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir. Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır