Beyləqan rayonunun Kəbirli kəndində VAZ-2107 markalı avtomobillə qəza törədilib və bu zaman yol kənarındakı qaz xətti də zədələnib.
"Azəriqaz" İB-dən Modern.az-a verilən xəbərə görə,108 mm diametrində olan orta təzyiqli yerüstü qaz kəmərində qaz sızması qeydə alınıb.
Bu səbəbdən 300 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəza briqadası hadisə yerindədir, müvafiq prasedurlar icra edilməklə fəsadlar aradan qaldırılır.