Modern.az

Messi Super Kubokun finalında oynamayacaq?

Messi Super Kubokun finalında oynamayacaq?

16 Yanvar 2021, 22:50

“Komandanın əhvalı çox yaxşıdır və İspaniya Super Kuboku finalında oynadığımız üçün çox şadıq. Çətin bir rəqib bizi gözləyir. Oyuna hakim olmağa və öz oyunumuzu oynamağa çalışacağıq".

 

Modern.az xəbər verir ki, bunu "Barselona"nın baş məşqçisi Ronald Kuman bildirib.

 

"Son söz Messinin olacaq. Ümid edirik ki, Messi sabahkı oyunda iştirak edə biləcək. Sabah biləcəyik", - deyə Kuman komandanın kapitanı Lionel Messinin zədə səbəbindən Super Kubokun finalında oynayıb-oynamayacağı barədə sualı cavablandırarkən söyləyib.

 

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 00:00-da İspaniya Super Kubokunun finalında "Barselona" Atletik Bilbao" ilə üz-üzə gələcək.

 

T.İSMAYIL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir