Modern.az

Gürcü alimləri hay sürüsünün uydurmaları barədə - III YAZI

Gürcü alimləri hay sürüsünün uydurmaları barədə - III YAZI

20 Fevral 2021, 15:18

Hay kilsəsinin təşəbbüsü ilə hay sürüsünün “lap qədimliyi”, “özgürlüyü”, “mədəni səviyyəsi”, “dünya sivilizasiyasının yaradıcısı”... barədə 1950-ci illərin əvvəllərində İrəvan şəhərində Ermənistan SSR EA-nın nəşri olan “Qədim dövrlərdən erməni xalqının tarixi” akademik toplusu, 1972-ci ildə İrəvan şəhərində ermənicə I cildlik “Erməni xalqının tarixi” monoqrafiyası (460 səhifə, 10 vərəq illüstrasiya, 4 vərəq xəritə), 1980-cı ildə İrəvan Dövlət Universitetinin nəşriyyatında rus dilində “Qədim dövrlərdən bu vaxtadək erməni xalqının tarixi” (professor M.Q.Nersisyanın redeaktorluğu ilə) çoxcildliyi, 2012-ci ildə Moskva şəhərində “Ermənilər” kitabı (Rusiya EA-nın N.N.Mikluxo-Maklay adına Etnoqrafiya və antropologiya institutu tərəfindən)...  nəşr edilib.


Yuxarıda adı çəkilən, eləcə də göstərilməyən bu sayaq-oxşar çap materialları mürtəce hay kilsəsinin və cığal, ibtidai insan-hay sürüsünün şüurunda əsrlər boyunca kök salan uydurma “dünyada ən qədim tarixə malik xalq”,“əski dünya təkamülünün banisi”, “xristianlığın əski məkanı və xalqı”, “Böyük Ermənistan” kimi unutmadıqları saxta, xəstə təxəyyüllərinin məhsulunu daha çox beynəlxalq səviyyədə təbliğat və təşviqat vasitəsinə çevirməsi artıq adi hala çevrilmişdir. Demək olar ki, hayların ayağları hara dəyirsə, əlləri hara çatırsa (xususilə qonşuluqda yerləşən dövlətlərə yönəlik), dilləri hara sürtülürsə... orada mütləq "dənizdən-dənizə Ermənistan dövləti”nin mövcudluğu və “erməni xalqının qədimliyi, qəhrəmanlığı və müdrikliyi”, “erməni tarixinin və mədəniyyətinin zənginliyi” ilə bağlı iddiaları çap materialları şəklində ayrı-ayrı dillərdə mütləq yayılmalıdır, bu mövzulara uyğun çəkdikləri və çəkdirdikləri şəkillər, xəritələr, atlaslar, təsvirlər göstərilməlidir.  

   
Gürcüstan Respublikası bu baxımdan istisnalıq təşkil etmir. Belə ki, Tbilisi şəhərində “Universal” nəşriyyatında özəl Qafqaz Universitetinin hazırladığı və 2016-cı ildə işıq üzü görən “Qədim dövrlərdən 1921-ci ilədək erməni xalqının tarixi” əsərində təbliğ edilən saxta uydurmalar sırasında bu ölkəyə qarşı ərazi iddiası ilə yanaşı, həm də guya hay sürüsü  nəinki Gürcüstanda, eləcə də bütün Qafqaz regionunda baş verən bütün tarixi-siyasi və ictimai-mədəni proseslərin öncülləri olmuşdur, hətta 12 avqust 1121-ci ildə gürcülərin türk-səlcuq ordusu üzərində İV David Aqmaşenebeli (Qurucu,1073-1125) başda olmaqla Didoqor müharibəsində qələbəni... haylar qazanmışdır, və yaxud, dünyada ən qədim “erməni” əlifbasının banisi Mesrop Maştos həm də Qafqazda gürcülərin və albanların da əlifbasının yaranmasına təsir etmişdir... Gürsütan ərazisindəki dini məbəd və tarixi memarlıq-arxitektura nümunələri “erməni” mənşəlidir... kimi sərsəmləmələri də kifayət qədər geniş yayılmışdır. Hay kilsəsinin saxta mülahizələrinin yayılmasında hay sürüsü gürcülərin də xidmətindən istifadə etmək məharətinə malikdir, nəşri üzə çıxaran gürcü müəlliflərinin timsalında bu aydın görünür. Hətta, tələbələr və tədqiqatçılar üçün nəzərdə tutulan bu kitabın ön söz müəllifi, tarix elmləri doktoru D.Merkviladze yazır ki, Ermənistan Gürcüstan üçün cənub istehkamı rolunu oynayır, əgər Gürcüstan qorunubsa, bu “erməni"lərin xidmətidir.

 
Kitabda hay tarixçisi və publisisti Arakel Qriqoryeviç Babaxanyanın (1860-1932) “Sərhəd mübahisələri: Lori-Əhəlkələk-Qarabağ” əsəri də ətraflı - “qəlb genişliyi” ilə işıqlandırılıb (bu naqis əsər 1919-cu ildə Tiflis şəhərində hay dilində çap edilmişdir). Bu azmış kimi, D.Merkviladze nəşr etdirdiyi kitabda əlavə olaraq XIX əsrin  II yarısında yaşayan yazıçı, tarixi romanlar müəllifi Akop Məlik Mirzəyeviç Məlik-Akopyanın (1835-1888) yaradıcılığına aid olan – “Xəmsə məlikləri” (1880) əsərini də unutmamışdır (bu əsər 1600-1827-ci illər dövrü hadisələrini əks etdirir-Q.Y.).

   
Bu “yuxu təsvirləri” həm ağ, həm də qırmızı yalan olmaqla yanaşı, həm də Qafqaz regoinu üçün bir qara yaradır ki, kəsilməsi “Qordi düyünü” sayağı bir zərurətə çevrilmişdir.

  
Qılınca müntəzir...

  
Ancaq hələ ki, “Qədim dövrlərdən 1921-ci ilədək erməni xalqının tarixi” əsərində yer alan uydurmaları gürcü elm, mədəniyyət və  din xadimləri, geniş ictimaiyyət nümayəndələri elmi-tarixi dəlillərlə, arxiv sübutları ilə, təkzibedilməz  faktlarla və səbrlə rədd etsələr də, bu mürtəce toplum əməlindən əl çəkmir və yalan yazmağından usanmır.

   Tarixi kerçəklik buna sübutdur.

    Rus-sovet alimi, professor,Ermənistan SSR əməkdar incəsənət xadimi, ermənişünas N.M.Tokarskinin (1892-1977)  “Qədim erməni arxitekturası” monoqrafiyasında (1946, rus dilində) - Ermənistan SSR EA-nın Tarix institutunun nəşrində bildirilir ki, əski gürcü ərazisi Tao-Klarceti “erməni”lərindir və qədim gürcü arxitektura nümunələri olan İşxani, Bana, Xoxuli, Opiza...kimi memarlıq abidələri də “erməni”lərə məxsusdur. Müəllifin  digər əsərlərində də (“Erməni arxitekturasının IV-XIV əsrlər tarixi” (1961), “Erməni arxitekturasının tarixi səhifələri” (1973)...) uydurma mülahizələrə gen-bol yer verilmişdir. Həyasızlığın rəmzi olan bu uydurmaya cavab məşhur gürc tarixçisi, akademik Simon Nikolayeviç Canaşiya (1900-1947) tərəfindən gecikməmiş, son nəfəsində olsa da 1947-ci ildə  “Tarix həqiqətin təhrifinə dair bir nümunə” məqaləsində bu yalanları təkzib etmişdir. Göstərmişdir ki, bu təsadüfi hal deyil, İrəvan şəhərindəki haylar Moskva şəhərində yaşayan “erməni” soylu rus alimlərindən istifadə edərək öz çirkin niyyətlərini üzə çıxarırlar. Məsələn, “Pravoslav ensklopediyası”nın III cildində yazılmışdır ki, gürcülərin Tao-Klarceti arxitektura məbədi  “erməni” kökənlidir. Bu toplu isə 1996-cı ildən Moskva və bütün Rusiya patriarxı II Aleksiyin fərmanı ilə yaradılan Rusiya Pravoslav Kilsəsinin Elm mərkəzi tərəfindən hazırlanmış, 2021-ci ilin əvvəllərində artıq 60 cildi çap edilmişdir (75 cild nəzərdə tutulur).

   
Qeyd etmək lazımdır ki, S.N.Canaşiya 1946-cı ildə “Gürcüstanın qədim dövrlərdən XIX əsrin əvvələrinədək tarixi” monoqrafiyasını başa çatdırmış, alimin əsas tədqiqat istiqamətləri – gürcü xalqının etnogenezisi, qədim Gürcüstanın tarixi-etnoqrafiyası, Gürcüstanda xristianlığın tarixi... kimi mühüm məsələlər olmuşdur.

   
Tarix elmləri doktoru, ermənişünas-professor Aleksandr Abdaladze ümumilikdə əsrlər boyunca hay kilsəsinin bu sayaq iddialarını, eləcə də bu kitabın saxtakarlığını, yalanlarını Gürcüstan Respublikasının, ayrı-ayrı ölkələrin (o cümlədən ölkəmizdə, “Kaspi” qəzetində və ”İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində verdiyi müsahibələrdə) KİV-də dönə-dönə faktlarla sübut etmişdir: ”necə ola bilər ki, dövlətçilik tarixi olmayan bir xalq XI-XIX əsrlərdə “Qızıl intibah dövrü”nü yaşayan bir dövləti qoruyub-saxlasın”, “Qafqaz regionuna başqa ərazilərdən zorla köçürülən bir xalq gürcü tarixi-maddi abidələrini necə yarada bilər”...

   
Bütün dövrlərdə Gürcüstan ərazilərinə iddialarını (Speri, Tao, Kola-Artaani, Kvemo-Kartli, Parxali, Oşk, Cavahirli bölgələrinə) olan, işğallarını (mis-qızıl yataqları ilə zəngin Lori vilayəti 7 iyul 1921-ci ildə “Ermənistan SSR” ərazisinə verilib, Rusiya K(b)P Qafqaz bürosunun qərarı ilə) gizlətməyən hay kilsəsi barədə alim qeyd edir ki, 1829-1830-cu illərdə Samsxe-Cavarlidə çar Rusiyası  “erməni”ləri kütləvi şəkildə yerləşdirəndə rusiyalı ictimai xadim, diplomat A.Y. Bulqakov (1781-1863) Əhəlkələk şəhərində  “erməni” keşişi Qevork ilə görüşdükdən sonra Əlahəzrət-İmperatora (I Nikolay Pavloviçə (1796-1855) - Q.Y.) məktubla müraciət etmişdir: ”Əhəlkələk şəhəri Rus imperiyası üçün əlverişli qapıdır və çox zəruridir ki, bu qapıya bir etibarlı, sözəbaxan it bağlanılsın.”

    
Çünki, çar Rusiyası gürcülərə etibar etmirdi.

   
2016-cı ilin 16-18 iyunda Oksford Universitetində (Böyük Britaniya) türk, gürcü, ingilis alimlərinin iştirakı ilə  “Türkiyədə gürcü mədəni irsi” mövzusunda  keçirilən konfrasda hay kilsəsi və hay sürüsü tərəfindən  yuxarıda göstərilən əsassız iddialar tutarlı elmi-nəzəri dəlillərlə rədd edilmişdir.

     
Gürcü Pravoslav, müqəddəs Mark Efes kilsəsinin xadimi David Nozadze çıxışlarında (2020) bildirir ki, Qriqoryan kilsəsini “erməni”lər özləri üçün qalxan ediblər, Sasani imperiyası və Ərəb xilafəti bu təriqətin Cənubi Qafqazda yayılmasına ona görə imkan vermişlər ki, regiona Bizans imperiyasının təsiri azalsın və “erməni” keşişləri razılığa gəlmişlər ki, onların düşmənlərlə vuruşmasına ehtiyac olmayacaq, vergidən azadolma və topraq hesabına bu işləri biz yerinə yetirəcəyik.

  
Qədim dövrlərdən 1921-ci ilədək erməni xalqının tarixi” kitabındakı uydurmalar barədə  professor V.D.Donduanın (1895-1969) əsərləri ilə (“Tarixi araşdırmalar”, 1967; “Gürcü tarixi, VIII-X siniflər üçün dərslik”, 1960; “Çar Tamaranın həyatı” monoqrafiyası), eləcə də kollektiv müəlliflər tərəfindən hazırlanmış əsərlərlə (“Gürcü tarixi-ədəbi abidələri”, 1985, V cild, Tiflis şəhəri) münasibər bildirərək, uydurmaların saxta olduğunu sübut edilmişdir.

Bu cür təkziblərə, əsaslı elmi-nəzəri dəlillərə, tarixi faktlara... baxmayaraq hay kilsəsi və ibtidai insan-hay sürüsü öz mürtəce və çirkin əməllərindən heç cürə əl çəkmək istəmir.

 Görünür bu sahədə də “Dəmir yumruğa” ehtiyac var...

 

Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)     

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır