Modern.az

BDU-nun professoru vəfat edib

BDU-nun professoru vəfat edib

23 Fevral 2021, 17:10

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Abdulla Əsgər oğlu Abasov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidməti məlumat yayıb.

Abdulla Abasov 1951-1955-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1966-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə “Üzeyir Hacıbəyovun sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var