Modern.az

Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü 

Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü 

5 Mart 2021, 23:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.  

 

Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı