Modern.az

Qarabağda radio açmağa 7 iddiaçı var - SİYAHI

Qarabağda radio açmağa 7 iddiaçı var - SİYAHI

Media

13 Mart 2021, 17:24

Qarabağda radio yayımı üçün elan olunan müsabiqəyə sənəd qəbulu başa çatıb.

Modeern.az xəbər verir ki, Azərbaycan Milli Televiziya və Radio Şurasının məlumatına görə 7 iddiaçı var.

İddiaçılar “Real Təhlil İnformasiya Mərkəzi”, “Caspian İnternational Broadcasting Company”, “Balans Studiyası”, “İNS ÇM”, “İsti Press”, “ARB 24” MMC və “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyasıdır.

Milli Televiziya və Radio Şurası Qarabağ bölgəsində radio kanalı açmaq üçün 102,7 MHs işçi tezliyinə bu il fevralın 10-da müsabiqə elan etmişdi. “Televiziya və Radio Yayımı haqqında” qanunun 19.1-ci maddəsinə əsasən müsabiqəyə sənəd qəbulundan sonrakı 30 gün ərzində yekun vurulmalıdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr 2020-ci il razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Dağlıq Qarabağın bir hissəsinə isə hələ də erməni terrorçuları Rusiya sülhməramlılarının himayəsilə nəzarət edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür