Modern.az

Finlandiyadan Ramil Səfərova açıq məktub

Finlandiyadan Ramil Səfərova açıq məktub

Aktual

5 Sentyabr 2012, 17:53


“Sən aldırma, içimdən yaralıyam, yaralı
Burax keçsin gənc ömrüm, fırtınalı, buralı,
Mən bilirəm sonunda, çıxmam üzü qaralı,
Yurdumun gənclərinə ümidim, imanım var.”

(Almas Yıldırım-istiqlal şairimiz)

İstiqlalımız əlimizdən alındığında, bayrağımız devrildiyində böyləsinə yüz il sonrakı nəsillərə xitab etmişdilər dədələrimiz. Onlar tariximiz üçün bir bayraq qaldərmış və enməyəcəyinə əmin oldular. Bu sevgi ilə yaşadılar ömürlərinin sonuna qədər içləri yanaraq. Azərbaycan-Türk gəncinin bu bayrağı yüksəldib qoruyacağına iman gətirərək torpağa gömüldülər qürbət ellərdə. Könüllərdə yüksəltmişdilər bayrağımızı. Könlü aydınlanmış və dədələrinin xəyallarına sahib çıxan gənclər bu bayrağa sahib çıxmalı idi. Bayrağımıza qarşı həqarəti əngəllərkən sən sadəcə bir fərd olaraq davranmamışdın Ramil. Əcdadımızın, bayrağı bizə əmanət buraxan şərəfli dədələrimizin də ruhları o an səninlə bir yerdə olmuşdur.

Keçən yüzildə vətənimiz və millətimiz üzərinə uyqulanan cinayətlər hər tək-təkimizin içində düyünlənib intiqam duyqusuna dönüşmüşdü. Bağrımızda barındırdığımız bu acıları həç bir namuslu Türk gənci unuda bilməz. Sən Ramil, bütün bu acıların tərcümanı oldun. Səkkiz il dar bir hücrədə həbs həyatı yaşasan da, tariximizə bayrağa sahibçıxma düşüncəsini gətirdin. Tariximiz üçün “bayraq böylə qorunar” düşüncəsini əkdin. Çox sağ ol Ramil.

Tutuqlu olduğun zaman məhkəmə duruşmasındakı savunmanla bizə dərs verdin. Sənin savunmanı Güneyli-Quzeyli milli qüruru olan insanlar göz yaşları içində izlədilər və bu göz yaşları zəiflikdən deyildi, qürurdan idi. İnsanların ən ağrılı yerlərindən qaynaqlanan bu göz yaşları dualara dönüşərək sənə yardımçı olacaqdı əlbəttə. Sən ölkəmiz və tariximiz üçün bir fərd olmaqdan çıxmış və bir dəyərə dönüşdün. Bu dəyər tariximizdən əsla silinməyəcək. Romanlara, şeirlərə, əfsanələrə qonu olacaq. Azadlığının xəbərini duyarkən milyonlarca insanın sevincdən göz yaşlarının axdığı da mənəviyatımızda yeni bir dəyər icad etdi. Köklərini göz yaşlarımızla suvardığımız bu dəyər millət oluşumuz üçün yeni tarixi imkan sağladı. Bu sözləri yazarkən böyük qürurla göz yaşlarımın axdığını da söyləmək istəyirəm heç çəkinmədən. Bəlkə də sən mənim bu məktubumu oxumayacaqsan. Bunun önəmi yoxdur. Sən tariximizdə köklü bir dəyərə dönüşmüşsən və mən bu dəyərlə üz-üzə danışmaqdayam. Doğruluq yolunda imana gəlmiş adamlar dəyər yarada bilərlər. Dəyər icad edənlər gümandan, şübhədən arınmış və imana gələn kişilərdir. Sırf bu üzdən də tarixin âli insanları ilə həmsəfər olurlar:

“Ey Füzuli mən gümân ilə cahanda yox işim,
Ol səbəbdən âli insanlarla oldum həmsəfər.”

Sən indi tarixmizdə âli (yüksək) insanlarla bir yerdə mənəvi dəyərlərimizin bir parçasısan. Səni təbrik edirəm, ölkəmizi və millətimizi təbrik edirəm. Tanrı səni qorusun. Həmən evlən Ramil. Evlən və sənin şərəfini damarlarında daşıyan evladlar gətir dünyaya. Tanrı səni qorusun!

Sayqılarımla:

Güntay Gəncalp
Finlandiya

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı