Modern.az

Azərbaycanlı iş adamı Türkiyədə faciəli şəkildə həlak olub

Azərbaycanlı iş adamı Türkiyədə faciəli şəkildə həlak olub

Aktual

26 Mart 2021, 16:54

Azərbaycanlı iş adamı Türkiyədə ölüb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə dünən axşam saatlarında İstanbulun Beşiktaş səmtindəki lüks otellərdən birində baş verib. Hadisənin intihar olması, eyni zamanda ehtiyatsızlıqdan baş verdiyinə dair məlumatlar var.

Bəzi mənbələrin bildirdiyinə görə, 40 yaşlı iş adamı Nihad Əliyev tapançadan başına atəş açaraq intihar edib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticəsiz qalıb.

 

Digər mənbələr isə N. Əliyevin silahını təmizləyərkən ehtiyatsızlıqdan atəş açıldığı barədə məlumat yayıb.

Türkiyə polisi faktla bağlı araşdırma aparır. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə