Bakı şəhərində intihar hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Xətai rayonu "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı çoxmərtəbəli binada baş verib. Təxminən 20-25 yaşlı oğlan özünü 10-cu mərtəbədən ataraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma aparılır (apa).