Modern.az

Bayden Rusiya və Çin liderlərini danışıqlara dəvət etdi

Bayden Rusiya və Çin liderlərini danışıqlara dəvət etdi

Aktual

26 Mart 2021, 23:38

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tsinpini iqlim məsələləri ilə bağlı danışıqlarda iştirak etməyə dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi adı açıqlanmayan rəsmi şəxsə istinadən məlumat yayıb.

 

Planlaşdırılan danışıqların təfərrüatları barədə hələlik açıqlama verilməyib. Rəsmi Ağ Ev bu məlumata hələ ki bir münasibət bildirməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə