Modern.az

Süveyş kanalında gəmi niyə dayazlığa düşüb?

Süveyş kanalında gəmi niyə dayazlığa düşüb?

Aktual

27 Mart 2021, 20:56

Süveyş kanalında konteyner gəmisi ilə bağlı vəziyyətin əsas səbəbi əlverişli hava şəraiti deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Kanalın İdarəetmə üzrə rəhbəri Usama Rabiye bildirib.

 

O qeyd edib ki, gəminin dayazlığa düşməsinin əsas səbəbləri güclü küləklər və hava faktorları deyil. Bunun səbəbi texniki və ya insan səhvləri də ola bilər.

 

U.Rabiyenin sözlərinə görə, yekun səbəblər araşdırma zamanı aydınlaşdırılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə