Bu gün yerli vaxtla saat 15:00-da Ermənistanın paytaxtı İrəvanda ölkə hakimiyyəti əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə işğalçı ölkənin "Joğovurd" nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ölkənin birləşmiş müxalifəti baş nazir Nikol Paşinyanın istefasını tələb edəcəklər. Aksiyada Paşinyan əleyhinə kəskin şüarlar səsləndiriləcək.
Onlar növbəti dəfə hakimiyyəti istefaya çağıraraq növbədənkənar parlament seçkilərinin mümkün qədər tez keçirmələrini tələb edəcəklər.