Modern.az

Meksikada təyyarə qəzası: nazir müavini və anası öldü  

Meksikada təyyarə qəzası: nazir müavini və anası öldü  

Aktual

28 Mart 2021, 10:49

Meksikanın Sonora əyalətində içərisində 7 nəfər olan iki mühərrikli “Cessna” təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az bildirir ki, bu barədə yerli “Jornada” qəzeti xəbər verib.

 

Hadisə dünən axşam baş verib. Yeddi nəfərin olduğu təyyarə Hermosillo şəhərindən Amerikanın Arizona ştatının Tukson şəhərinə uçurmuş. Təyyarə havaya qalxdıqdan bir müddət sonra düşüb.

 

Baş prokurorluğun yaydığı məlumata görə, hadisə zamanı Sonoranın iqtisadi inkişaf nazirinin müavini və onun anası ölüb. Təyyarədəki bir nəfər qəzadan sağ çıxıb, hazırda tibbi yardım alır.

 

Prokurorluq hadisənin səbəblərini öyrənmək üçün istintaq aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə