Modern.az

“Xəzər Lənkəran”ın stadionundan oğurluq edən şəxs SAXLANILDI

“Xəzər Lənkəran”ın stadionundan oğurluq edən şəxs SAXLANILDI

Aktual

29 Mart 2021, 12:17

“Xəzər Lənkəran” futbol klubunun stadionundan külli miqdarda oğurluq edilib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon ərazisindəki stadiondan dəyəri 33500 manat olan kabelləri oğurlanıb.

 

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən rayonun Sütəmurdov  kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.

 

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbristanlıqdan  metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə