Modern.az

Tarixi qələbəmizlə bağlı videoçarx hazırlandı - VİDEO  

Tarixi qələbəmizlə bağlı videoçarx hazırlandı - VİDEO  

Aktual

29 Mart 2021, 13:05

Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Torpaq, uğrunda ölən varsa Vətəndir!” adlı videoçarx çəkilib.

 

Modern.az xəbər verir ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsində Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilib.

 

Qeyd edilən bu videoçarx da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatlar nəticəsində keçdiyi zəfər yoluna ithaf olunur, Vətən Müharibəsinin iştirakçıları olan müxtəlif peşə sahibləri tərəfindən Azərbaycan şeiri səsləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə