Modern.az

Koronavirus necə yayıldı? - ÜST 4 mümkün ssenarini açıqladı

Koronavirus necə yayıldı? - ÜST 4 mümkün ssenarini açıqladı

Aktual

29 Mart 2021, 13:32

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun insana keçməsi ilə bağlı yekun hesabatını hazırlayıb.

 

Modern.az-ın məlumatına görə, hesabatın rəsmi versiyası yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

 

Hesabatda SARS-CoV-2 virusunun insana yoluxmasının 4 mümkün ssenarisi təqdim olunub.

 

Belə ki, koronavirusun yarasadan digər növün vasitəsilə insana keçməsi "böyük ehtimal" kimi nəzərə alınıb. Yarasadan birbaşa insana keçid ssenarisi ikinci dərəcəli ehtimal qəbul olunub.

 

Bununla belə, qida məhsullarından yoluxma nəzəriyyəsi "kiçik ehtimal" kimi təqdim olunub. Nəhayət, bu virusun laboratoriyadan sızması "çox az ehtimal" olunub.

 

Qeyd edək ki, yeni növ koronavirusun yaranması və insanlara keçməsinin araşdırılması üçün ÜST-ün bir qrup eksperti yanvarın 14-dən fevralın 9-dək Çinin Uhan şəhərində araşdırmalar aparıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə