Modern.az

Oğurladığı 3 min manatlıq əşyaları 200 manata satdı

Oğurladığı 3 min manatlıq əşyaları 200 manata satdı

Aktual

29 Mart 2021, 14:26

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Eşlən Bayramov rayonun Sərkar kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərədə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan, ümumi dəyəri 3 000 manat olan, müxtəlif elektrik avadanlıqlarını oğurlayıb.

 

Oğurladığı əşyaları 200 manata satdığını etiraf edən E.Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə