Modern.az

Putin Baydenin təklifi barədə fikirləşir

Putin Baydenin təklifi barədə fikirləşir

Aktual

29 Mart 2021, 17:00

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini İqlim Dəyişikliyi Sammitində iştirak etməyə dəvət edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin cavab açıqlamasında Putinin Baydenin təklifi ilə bağlı qərar vermədən əvvəl bir qədər zamana ehtiyacı olduğu bildirilib.Qeyd edək ki, Ağ Ev keçən cümə günü 22-23 aprel tarixlərində keçiriləcək sammitə dəvət edilən 40 dünya lideri arasında Çin dövlət başçısı Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin olduğunu açıqlayıb.


Fidan İlqarqızı

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə