Modern.az

Bakıda tıxaca səbəb olan qəzada 3 nəfər YARALANDI

Bakıda tıxaca səbəb olan qəzada 3 nəfər YARALANDI

Aktual

29 Mart 2021, 19:15

Heydər Əliyev prospektində baş verən avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Modern.az xəbər verir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

 

Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. İki nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

 

Qeyd edək ki, qəza səbəbindən Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə