Modern.az

Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO

Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı - FOTO

Aktual

31 Mart 2021, 13:14

Şəkidə polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini S.Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub. Həmin şəxslə izahedici söhbətlər aparılıb, əraziyə həkim briqadası dəvət edilib və o, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib. 

 

S.Məmmədova barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə