Modern.az

Aprel döyüşlərindən 5 il ötür - VİDEO

Aprel döyüşlərindən 5 il ötür - VİDEO

Aktual

1 Aprel 2021, 18:40

Bu gün “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Aprel döyüşlərinin 5 illiyinə həsr olunan tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, parlaq qələbəmizin başlanğıc nöqtəsi hesab olunan tədbirdə şəhid ailələri, millət vəkilləri və media nümayəndələri iştirak edib.

 

Tədbir zamanı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova gənclərə vətənpərvərlik hisslərinin aşılanmasının əhəmiyyətindən danışıb.

 

Aprel döyüşləri zamanı Vətən uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri də Qarabağ müharibəsində qazandığımız qələbədən danışaraq təəssüratlarını bizimlə bölüşüblər.

 

Nəzrin Məlikova

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə