Modern.az

Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşdü

Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşdü

8 Aprel 2021, 16:48

Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

 

Bu barədə Modern.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

 

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat