Modern.az

Həbsxanaya ayaqqabıda narkotik keçirən qadın SAXLANILDI

Həbsxanaya ayaqqabıda narkotik keçirən qadın SAXLANILDI

8 Aprel 2021, 18:35

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Modern.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 126.2.4 və 93.1.2-ci maddələrinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrun edilmiş məhkum Abışov Amil Ərzuman oğluna Mingəçevir şəhər sakini Zeynalova Vüsalə Namiq qızı tərəfindən göndərilən sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrində xüsusi üsulla gizlədilən 7 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,253 qram olan narkotik vasitə - heroin, ümumi çəkisi 4,322 qram olan narkotik maddə tiryək və ümumi çəkisi 4,6 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat