Modern.az

Kuman “El-Klassiko”dakı məğlubiyyətə görə hakimləri ittiham etdi 

Kuman “El-Klassiko”dakı məğlubiyyətə görə hakimləri ittiham etdi 

Aktual

11 Aprel 2021, 21:46

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 30-cu turu çərçivəsində Madrid “Real”ına 2:1 hesabıyla məğlub olmalarının səbəbini hakim təəsübkeşliyi ilə əlaqələndirib.

 

Modern.az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis özünün tvitter hesabında yazıb.

 

“Biz oyun boyu üstünlüyə malik idik. Yaxşı nəticə üçün şanslarımız var idi. Lakin VAR və hakimin səhv qərarı ucbatından bəxtimiz gətirmədi”, - deyə o qeyd edib.

 

Kuman bildirib ki, Ferland Mendi ilə mübarizədə Martin Breytueytin yıxılmasından sonra kral klubunun qapısına 11 metrlik cərimə təyin olunmalı idi.  

 

Qeyd edək ki, “El-Klassiko”nu Hesus Hil Mansannonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü