Modern.az

Qırğızıstanda referendum baş tutdu - deputatların sayı azaldılır

Qırğızıstanda referendum baş tutdu - deputatların sayı azaldılır

11 Aprel 2021, 23:29

Bu gün Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi - referendum və yerli şuralara seçkilər başa çatıb.

 

Modern.az xəbər verir ki, Konstitusiyaya düzəlişlər və əlavələr olunması ilə bağlı keçirilən referenduma Prezidentin səlahiyyətlərinin artırılması istiqamətində əsas normaların müəyyənləşdirilməsi və Joqorku Keneşdə (parlament) deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb.

 

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova jurnalistlərə bildirib ki, son məlumata görə, səsvermə hüququ olan 3.3 milyon seçicinin 78 faizi səsvermədə iştirak edib. Bu da o deməkdir ki, referendum və yerli şuralara seçkilər baş tutub. Siyasi kampaniyanın ilkin nəticələri bir gündən sonra elan olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu