Modern.az

İlham Abduyevin www.butalife.com layihəsi ilə bağlı müraciəti

İlham Abduyevin www.butalife.com layihəsi ilə bağlı müraciəti

Qarabağ

13 Sentyabr 2012, 13:35

Əziz həmvətənlər!

Biz www.azerbaijans.com saytının həyata keçirdiyi yeni layihələrlə bağlı sizə məlumat vermişdik.  Sentyabr ayının 17-də saat 12:00-da həmin layihələrdən növbətisi – www.butalife.com sosial şəbəkə saytı artıq istifadəyə veriləcək.

Məlumdur ki, hər bir insanın həyatın müxtəlif sferalarında, xüsusilə müasir  informasiya cəmiyyətində sosiallaşması onun həm fərdi, həm də ictimai yönümdə inkişafının  əsas şərtlərindəndir. Belə ki, istənilən anda cəm olma, bizi əhatə edən informasiyaların təhlili, mənimsənilməsi və mübadiləsi müasir dünyagörüşünün formalaşmasında xüsusi çəkiyə malikdir. Məhz sosiallaşma insanı cəmiyyətin aktiv bir üzvünə çevirir və hər bir fərdin cəmiyyət üçün yararlığını artırır.

Bütün bu söylənilənləri əsas hədəf kimi seçən www.butalife.com sosial şəbəkəsi öz tipinə və mahiyyətinə görə digər sosial şəbəkələrdən, xüsusilə milli sosial şəbəkələrdən fərqlənəcək. 

Bu sayt ilk növbədə Azərbaycandan dünyaya açılan pəncərə olacaq. Əsas hədəfimiz milliliklə yanaşı, beynəlxalq status qazanmaq və dünyada sosial debatların ən etibarlı məkanlarından birinə çevrilməkdir. www.butalife.com sosial şəbəkəsi internet məkanında tanınmış digər sosial şəbəkələrin  bir çox üstün cəhətlərini psixoloji momentlər nəzərə alınmaqla həm vizual, həm də texniki baxımdan özündə birləşdirən bir sayt olacaq. Bundan əlavə, sayta onlayn TV-lər, dünyanın ən populyar informasiya vasitələrinin xəbər manşeti yerləşdirilmiş blok, blogger səhifələri, imtahan-test, biznes bölmələri və s. əlavə olunacaq ki, bunu sosial şəbəkələr üçün yenilik kimi qiymətləndirmək olar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!