Bu gün Azərbaycan Ordusunun XTQ leytenantı, Şəhid İlyas Niftəliyevin 22 yaşı tamam oldu.
Modern.az xəbər verir ki, Şəhidin ailə üzvləri, doğmaları, Qusar İH-nin və YAP-ın rayon təşkilatının nümayəndələri doğum günündə İlyas Niftəliyevin doğulduğu Bədirqala kənd qəbristanlığındakı məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.
Vətən Müharibəsində göstərdiyi igidliklərə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülən Şəhid İlyas Niftəliyevin cəbhədə göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Şəhid leytenantın atası, 1-ci Qarabağ müharibəsinin qazisi Güloğlan Niftəliyev özünün Füzuli döyüşlərində iştirak etdiyini deyərək oğlu İlyasla fəxr etdiyini bildirib.
Aytəkin Alxaslı