Modern.az

Parlament payızda elm və təhsillə bağlı 2 qanuna baxacaq

Parlament payızda elm və təhsillə bağlı 2 qanuna baxacaq

Parlament

14 Sentyabr 2012, 13:23

Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin iclası keçirilir. Modern.az xəbər verir ki, iclasda komitə sədri Şəmsəddin Hacıyev çıxış edərək bildirib ki, Milli Məclisin 2012-ci il yaz sessiyasında komitənin 3 iclası keçirilib, 4 məsələ müzakirə olunub.
“Onlardan biri Milli Məclisə tövsiyyə olunub və qəbul olunub. Hesabat dövründə komitəyə 116 müraciət, 33 məktub daxil olub, 19 vətəndaş komitəmiz tərəfindən qəbul olunub”. 

  Komitə sədri daha sonra payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik işlər planını açıqlayıb. O bildirib ki, payız sessiyasında komitədə “Elm siyasəti haqqında” qanun layihəsi, “Ali təhsil haqqında” qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.

Daha sonra “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Komitə sədri qeyd edib ki, dəyişiklikdə təsdiqlənmiş siyahıda abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanın təsnifi əsasında Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.   

Qanun layihəsinə etiraz edən millət vəkili Gülçöhrə Məmmədova bildirib ki, əslində abidələrin toxunulmazlığını təmin etmək vacibdir.
“Çünkli siyahı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır. Ancaq şəhərdə tikinti, abadlıq işləri bəzən abidələrin dağıdılması və ya yoxa çıxması ilə nəticələnir. Dəfələrlə bunun şahidi olmuşuq. Bu dəyişiklik isə belə halların çoxalmasına yol açacaq. Yaxşı olardı ki, siyahıya vaxtaşırı baxılsın və ona dəyişiklik edilsin. Biz abidələrimizə diqqəti artırmalıyıq. Bu millətin tarixinin göstəricisidir. Ona görə əslində qanunun sərtləşməsinə ehtiyac var”.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar