Modern.az

Rusiya səfiri Ukraynaya görə Britaniya XİN-ə çağırıldı

Rusiya səfiri Ukraynaya görə Britaniya XİN-ə çağırıldı

15 Aprel 2021, 21:50

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Buna səbəb Rusiyanın “düşmən xarakterli davranış xətti” tutmasıdır.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirlikdən verilən açıqlamada deyilir.

 

“Rusiyanın kiberhücumlar, demokratik proseslərə müdaxilə və Ukrayna sərhədindəki hərbi gücünü gücləndirməsi, eləcə də qanunsuz şəkildə Krımın ilhaq edilməsi kimi düşmən xarakterli davranışları ilə bağlı Böyük Britaniyanın dərin narahatlığı ilə əlaqədar Rusiya səfiri Britaniya XİN-ə çağırılıb”, - deyə açıqlamada qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat