Modern.az

İmişlidə müştərilərə qəlyan verən çay evi aşkarlandı

İmişlidə müştərilərə qəlyan verən çay evi aşkarlandı

Aktual

16 Aprel 2021, 12:00

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

 

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 6 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat