Modern.az

Fuad Axundovdan rusiyalı deputata cavab: “Böyük ölkələrdə hərbi muzeylərin açılması normaldır, Azərbaycanda isə...”

Fuad Axundovdan rusiyalı deputata cavab: “Böyük ölkələrdə hərbi muzeylərin açılması normaldır, Azərbaycanda isə...”

Aktual

16 Aprel 2021, 19:03

Politoloq Fuad Axundov Bakıda Hərbi QənimətlərParkının açılışı və RF Dövlət Dumasının erməniyönümlü və açıq anti-Azərbaycan fikirləri ilə tanınan deputatı Vitali Milonovun bununla əlaqədar reaksiyasını şərh edib.

 

Modern.az xəbər verir ki, Fuad Axundovun şərhini təqdim edir:

 

“Ermənistan mətbuatı RF Dövlət Dumasının deputatı Vitali Milonovun sözlərindən riqqətlə sitat gətirir: ah, bu Azərbaycan “müharibə ilə fəxr edir”, bunu iki xalq arasında baş vermiş faciə kimi qəbul etmir, bundan siyasi gediş kimi istifadə edir və s.

 

Əvvəla, dünyada müharibə, silah, xüsusilə də zəfərə həsr olunan kiyafət sayda muzeylər var. Ancaq Moskvada hərbi texnikanın sərgiləndiyi bir neçə muzey var. Almaniyanın “Tiger”, “Panther» və digər tanklarına tamaşa etməyin mümkün olduğu Kubinka Tank Muzeyi yeganə deyil. Qənimət götürülən texnikadan ibarət olan zəngin kolleksiya açıq səma altında Qələbə Muzeyində də nümayiş etdirilir. Nədir, deputat Milonov bunu bilmir? Yaxşı, bəlkə o Londonda İmperial Hərb Muzeyi, Parisdə Əlillər EvindəHərb Muzeyi barədə eşitməyib və Hollandiyanın Zosterberg şəhərində muzey ziyarətçilərini necə ekspozisiyanın gözlədiyi barədə dəqiq olaraq məlumatı yoxdur. Lakin Moskvada Poklonniy dağında Qələbə Parkını dəqiq ziyarət edib.

 

Özümüzdən əlavə edək ki, əsgər dəbilqələri, düşmən ordusunun geyimində manekenlər, “janrlı” səhnələri ilə dioramalar, ağır texnikanı demirik, bütün bunlar dünyanın hərbi muzeylərinin ənənəvi elementləridir. İndə necə? Rusiya, Böyük Britaniya, Hollandiyaya, digər ölkələrə də olar, Azərbaycana isə olmaz? Milonovun sözləri ilə desək, bütün bu ölkələr müharibəni xalqlar arasında baş vermiş faciə kimi qəbul edirlər, Azərbaycan isə yox?

 

SSRİ-nin ərazisinin 9%-nin 4 il Hitlerin işğalı altında olması və bütün anti-Hitler koalisiyası ilə birgə vermaxt üzərində qazanılan qələbə - fəxr etmək üçün qanuni səbəbdir, ancaq düşmən torpağını 30 il tapdalayanda, ərazilərinin 20%-ni işğal edən və hər yeddi vətəndaşdan birini qaçqına çevirəndə, hitlerçilərdən fərqli olaraq, hətta ölülərin qəbirlərini məhv edəndə, sonra isə bütün bunlara görə Azərbaycan Ordusu tərəfindən qovulanda necə? Ermənistandan üzr istəyək? Yoxsa şəxsən cənab Milonov qarşısında üzr isətəyək?

 

Həqiqəti desək, cənab Milonov “Azərbaycan müharibə ilə fəxr edir” fəryadı ilə Bakıda Hərbi Qənimətlər Parkı ətrafında Ermənistanda qaldırılan isteriyanın əsl səbəbini sadəcə olaraq “ortaya qoyub”. Çünki İrəvanda nə dioramaları, nə “janrlı” manekenləri, nə dəbilqələri “həzm edə” bilmirlər, məhz Azərbaycanın zəfər çalması ilə razılaşa bilmirlər. Nə tərif yağdırılan “Ohanyan xətti”nin inşası, nə "Avropada adisilahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilənin kvotası üzrə Ermənistana malik olmağa icazə verən ağır texnikanın dəfələrlə daha artıq sayının Qarabağa yeridilməsinin kömək etmədiyini qəbul edə bilmirlər. Məhz buna görə onlar qələbəni dünyanın digər ölkələrindən olan muzdluların və başqa planetlərdən gələnlərin ayağına yazırlar, bircə azərbaycanlılar tərəfindən qazanıldığını qəbul edə bilmirlər.

 

Və indi sifarişli isterikalar nə qələbəmizin üzərindən xətt çəkməyə, hazırda dünyanın aparıcı hərbi akademiyalarında öyrənilən, Azərbaycanın hərbi uğuruna görə qanuni fəxr hissindən məhrum etməyə kömək etməyəcək”, - Fuad Axundov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat