Modern.az

Rusiya Polşa diplomatlarını ölkədən qovur

Rusiya Polşa diplomatlarını ölkədən qovur

Aktual

16 Aprel 2021, 21:37

Rusiya Varşavanın hərəkətlərinə cavab olaraq, 5 Polşa diplomatını ölkədən çıxarır. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

“Varşavanın 3 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edərək, ABŞ administrasiyasının havasına necə tez oynadığına diqqət yetirdik. Öz növbəsində Rusiyadan da 5 polşalı diplomat çıxarılacaq”, - deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

 

Qeyd edək ki, Polşa 3 Rusiya diplomatını “persona non-qrata” elan edib. Rəsmi Varşava rusiyalı diplomatların diplomatik statusun şərtlərini pozduqlarını və Polşa Respublikasının əleyhinə tədbir keçirdiklərini əsas gətirib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat