Modern.az

Komitə sədri "Rainergy" layihəsinin təsisçisi ilə görüşdü

Komitə sədri 

Aktual

17 Aprel 2021, 22:09

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Reynerci (Rainergy)" startapının təsisçisi, hələ 2018-ci ildə - 15 yaşı olarkən "Forbes"in "30 yaşdan aşağı 30 Asiyalı" siyahısına düşmüş Bakı məktəblisi Reyhan Camalova ilə parlamentdə görüşüb.

 

Modern.az xəbər verir ki, Reyhan Camalovanı ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul hüququ qazanması münasibəti ilə təbrik edən komitə sədri, onun ən yaxşı seçimi edəcəyinə inandığını bildirərək, ürək sözlərini bölüşüb:

 

"Siz 2017-ci ildə "Social Innovation Lab"ın rəsmi təşkilatçılığı ilə keçirilən "ClimateLaunchpad" startap akselerator proqramının məzunusuz və məhz "ClimateLaunchpad" proqramı çərçivəsində öz layihənizə start verərək, proqramın dəstəyi ilə layihənizi inkişaf etdirmisiz.

2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "ClimateLaunchpad" startap akselerasiya proqramına öz "Rainergy" layihənizlə qatılmısız. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaradır. "Rainergy" layihəsi "ClimateLaunchpad" 2017 proqramının Azərbaycan finalında "Auditoriyanın Favorit Startapı" mükafatını qazanıb.

Eyni zamanda Siz, layihə çərçivəsində keçirilən "Yeni fikir" müsabiqəsinin finalında iştirak etmisiz. Siz ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan "Qlobal Sahibkarlıq Sammiti 2017"də "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmisiz. Siz yeniyetmə və gənclərimizə çox yaxşı örnəksiz.

Mən Sizin öz layihənizlə yalnız 22 led lampanı işıqlandırıb, 22 vatt enerji yaratdığınızı deyil, könülləri, yeniyetmələrin ümidini işıqlandırdığınızı düşünürəm. Düşünürəm ki, onların təhsil, elmi axtarış fəaliyyəti həvəsinə enerji qatmısız. Sizə yeni uğurlar"!

 

Q.Paşayeva R.Camalovaya Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

 

R.Camalova səmimi görüş, təbrik, dəyərləndirmə və tövsiyyələr üçün təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat