Modern.az

20 milyard dollarlıq təklifi rədd etdi

20 milyard dollarlıq təklifi rədd etdi

21 Aprel 2021, 15:44

Yaponiyanın sənaye qrupu Toshiba Corporation İngiltərənin özəl sərmayə şirkəti CVC Capital Partners-in 20 milyard dollarlıq satınalma təklifini rədd edib.

Toshiba-nın yaydığı açıqlamaya görə, CVC-in satınalma təklifi həqiqətən qiymətləndiriləcək qədər "xüsusi" olmayıb. CVC Yapon şirkətini satın alıb birjadan çıxararaq özəl bir şirkətə çevirməyi planlaşdırırdı.

Toshiba yeni növ koronavirus (Kovid-19) pandemiyasının səbəb olduğu qlobal iqtisadi böhrandan zərər görüb. Toshiba-nın portfelində atom stansiya və müdafiə sənayesi layihələrinin olmasına görə Yaponiya hökumətinin də satışa razılıq verməsi lazım idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat