Modern.az

Məktəbəhazırlıq qruplarına qeydiyyat yayda aparılacaq

Məktəbəhazırlıq qruplarına qeydiyyat yayda aparılacaq

Aktual

26 Aprel 2021, 15:54

Bu il məktəbəhazırlıq qruplarına qeydiyyat yay aylarında başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. O qeyd edib ki, bununla belə, məktəbəhazırlıq qruplarına qeydiyyat tarixi hələ dəqiqləşməyib:

“Qeydiyyatın yay aylarında, iyun-iyulda olması gözlənilir. Lakin pandemiya şəraiti və digər səbəblərlə əlaqəli proses uzadıla və ya əvvələ çəkilə bilər. Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə