Modern.az

“Türkiyədə II Qarabağ müharibəsi cinayətlərinin müzakirəsi vacib addım olacaq” - Atilla Sertel

“Türkiyədə II Qarabağ müharibəsi cinayətlərinin müzakirəsi vacib addım olacaq” - Atilla Sertel

26 Aprel 2021, 16:00

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun iştirakı ilə bu gün Türkiyə parlamentində “İkinci Qarabağ müharibəsi və Ermənistanın Hərbi Cinayətlər Paneli”, “Hərbi Cinayətlər Fotoşəkil Sərgisi” keçiriləcək. Tədbir Türkiyə vaxtı ilə saat 14:00-da təşkil ediləcək, proqram TBMM İnsan Haqları Araşdırma Komissiyası tərəfindən hazırlanıb.


Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel bununla bağlı fikirlərini Modern.az-la bölüşüb.


O, Co Baydenin etdiyi açıqlamadan sonra bu panelin daha da önəm qazandığını düşündüyünü deyib:

“Bəli, Türkiyə Böyük Millət Məclisi bu gün belə bir tədbir keçirəcək. TBMM İnsan Haqlarının Araşdırması Komissiyasının hazırladığı “İkinci Qarabağ müharibəsi və Ermənistanın Hərbi Cinayətlər Paneli”, “Hərbi Cinayətlər Fotoşəkil Sərgisi” 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar əleyhinə yönəlib.
Tədbir İkinci Qarabağ savaşındakı müharibə cinayətləri, insan hüquqlarının pozulması faktlarının siyasi, hüquqi, elmi, akademik baxımdan dünyaya çatdırılmasında vacib addım olacaq.

Seçki dairəm İzmirdə olduğu üçün bu paneli izləyə bilməyəcəm. Amma düşünürəm ki, ABŞ prezidenti Co Baydenin açıqlamalarından sonra bu panel daha çox əhəmiyyət qazandı”.


Deputat Türkiyənin keçmişinə yalan ittihamlar səsləndirənlərin öz tarixlərinə baxmalarını tövsiyə edib:

“Əvvəlcə ABŞ Prezidenti Co Baydenin ölkəmizə dair açıqlamalarını qətiyyətlə rədd edirik və qınayırıq. Şərəfli tarixi və keçmişi olan ölkəmizdə müxtəlif ittihamlar səsləndirənlərə və bu ittihamları dünya ictimai rəyi tərəfindən qəbul etməyə çalışanlara qaranlıq tarixlərinə baxmağı tövsiyə edirəm”.

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə