Modern.az

İtkin düşən gənc qız tapıldı

İtkin düşən gənc qız tapıldı

26 Aprel 2021, 17:44

Bir müddət əvvəl itkin düşən 24 yaşlı Goranboy rayon sakini Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Goranboy rayon, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, A.Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq itkin düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə